İsveç "omikron"un yayılması ilə bağlı yeni məhdudiyyətlər tətbiq edəcək

İsveç hökuməti dekabrın 23-dən etibarən koronavirusa yoluxma sayının artması və "omikron" ştamının yayılması fonunda yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İsveçin baş naziri Maqdalena Andersson deyib.
Baş nazir hər kəsə məsafədən işləməyi tövsiyə edib.
"Restoranlardan masalar arasında bir metr məsafə saxlamaq tələb olunacaq və otaqlardakı özəl tədbirlərdə insanların sayı 50 nəfərdən çox olmamalıdır", - M.Anderson əlavə edib.