Bill Qeytsdən MÜJDƏ:"Pandemiya 2022-ci ildə bitə bilər”

Dünyanın ən zəngin insanlarından biri olan və koronavirusla bağlı açıqlamaları ilə gündəmi dəyişən Bill Qeyts “Omicron” variantından danışıb.
“Sherg.az” xəbər verir ki, o,bu barədə öz “Twitter” hesabında məlumat verib.
B.Qeyts qarşıdakı bir neçə ayın çox çətin olacağını və  buna görə, öz tətil planlarını ləğv etdiyini bildirib.

Bill Qeyts düzgün addımlar atılarsa, koronavirus epidemiyasının 2022-ci ildə sona çatacağını bildirib: 

"Tam da hər şeyin normallaşdığını düşündüyümüz zamanda epidemiyanın ən pis hissəsinə daxil olmuşuq. Maska taxıb, peyvənd olunarıqsa, pandemiya 2022-ci ildə bitə bilər”.

Məşhur xeyriyyəçi, bu variantın tezliklə dünyanın bütün ölkələrində aşkarlana biləcəyini söyləyib: 

“Bu variant haqqında daha çox məlumat əldə edənə qədər biz ciddi tədbirlər görməliyik. “Delta” ştammının yarısı qədər xəstəliyə səbəb olsa da, daha çox yoluxucu olduğu üçün ən pis xəstəlik ola bilər. Bir-birimizin qeydinə qalmalıyıq maska taxmalı, izdihamlı mühitlərdə, qapalı yerlərdə olmamalıyıq. Peyvənd olunmalıyıq”.

Çimnaz ŞAHLAR