Kişi uşaq doğdu:"Öz övladını yaradan bir atayam...” - QEYRİ - ADİ FOTOLAR

ABŞ-da yaşayan 37 yaşlı transseksual Bennett Kaspar-Villyams 2020-ci ilin oktyabrında doğum anlarında başına gələn hadisəni  danışıb.
"Sherg.az" "The Sun Daily"ə istinadən xəbər verir ki, Vilyams ona "ana" deyən tibb bacıları ilə mübahisə edib.

Transgender "ana" və "qadınlıq" anlayışlarının bir yerdə istifadə edilməsindən narahat olduğunu da dilə gətirib.

Tibb işçilərinin daim cinsiyyətə istinad etməsindən narahat olduğunu vurğulayan Villyams 2 ataya sahib olmaqdan daha təbii bir şey olmadığını söyləyib:

"Öz övladını yaradan bir atayam deməkdən daha güclü bir şey yoxdur".

Los-Ancelesdən olan 37 yaşlı Bennett Kaspar-Villiyams ilk dəfə trans olduğunu təxminən  2011-ci ildə başa düşüb. 2017-ci ildə Malik adlı şəxslə tanış olub,  2019-cu ildə ailə həyatı qurub.