İndi də koronanın "Delmicron" adlı ikili variantı ortaya çıxdı  - ALİMLƏR TƏŞVİŞDƏ

Dünyada, o cümlədən Türkiyədə artan "Omicron"a yoluxma halları  "COVİD-19"un üçüncü və dördüncü dalğasının mümkünlüyü ilə bağlı narahatlıqları artırıb. Mütəxəssislər hələ də yeni variantın mahiyyətini anlamaqda çətinlik çəkdiyi bir vaxtda, "Delmicron" adlı ikili variantın ortaya çıxdığı da bəlli olub.

"Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, elm adamları adı "Delta və "Omicron" adlarının birləşməsiylə yaradılan bu növün ABŞ və Avropada "COVİD-19" sunamisinə səbəb olduğunu açıqlayıb. "Delmicron" adından da göründüyü kimi, o, həm "Delta" variantının, həm də "Omicron" variantının müxtəlif xüsusiyyətlərini daşıyır və ciddi xəstəliklərə səbəb olduğu düşünülür.
 "Delmicron" "Alfa", "Beta", "Gamma" və başqa variantlar kimi korona virusunun yeni mutasiyaya uğrayan variantı deyil, iki mövcud variantın ("Delta" və "Omicron") birləşməsindən ibarətdir. Xüsusilə Qərbdə sürətlə yayılır.

Hindistandan Dr. Şaşank Coşi bu haqda "Times of India" qəzetinə bildirib:

"Bu yeni variant Avropa və ABŞ-da "Delta" və "Omicron"un yüksəlişindən sonra yaranıb, onların qarçılıqlı sünbül zülallarının birləşməsindən əmələ gəlib".

İkiqat variantın təbiəti haqqında öyrənmək üçün əlavə iş lazımdır. "Delta" və "Omicron"un ümumi simptomlarına aşağıdakılar daxildir: Boğaz ağrısı, davamlı öskürək, baş ağrısı, dad və ya qoxu hisslərində dəyişiklik, burun axması, yüksək hərarət və.s.

Cəmilə Əzim