TƏBİB: "Azərbaycanda epidemioloji vəziyyət stabildir, yoluxma aşağı enib”

“Biz çalışırıq ki, pandemiya ilə əlaqəli dalğa terminindən istifadə etməyək. Hazırda ölkədə heç bir dalğa yaşanmır, çünki epidemioloji vəziyyət stabildir. Yoluxma göstəricisi aşağı enib”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, son dəfə bu ilin noyabr ayının əvvəlində yoluxma sayında artım qeydə alınıb: “Həmin dövrdə yoluxma faizi 21-ə çatmışdı. Ölkədə vaksinasiya strategiyası başlayandan bu günə qədər vaksinasiya təsiri altında heç bir qapanmalara getmədik”.