Peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, bir gündə 31 242 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 038 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 132, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 027 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 255 847, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 161 039, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 666 161, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 428 647 təşkil edir.