Gürcüstanda “Omikron”a yoluxma halları 160-a yaxınlaşıb


Yanvarın 4-nə olan məlumata əsasən, Gürcüstanda koronavirusun “Omikron” ştamına 159 yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-un mutasiyaya uğramış ştamına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.