Azərbaycanda son sutka: 553 yoluxan, 11 ölən... 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb 736 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 618 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 055 nəfər müalicə olunaraq sağalıb, 8 409 nəfər vəfat edib, aktiv xəstə sayı 7 454 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 527, ötən müddət ərzində isə ümumilikdə 5 899 183 test aparılıb.