Niderlandda koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Niderlandda koronavirusa rekord sayda yoluxma qeydə alınıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Gün ərzində 24 590 nəfərdə koronavirus infeksiyası aşkarlanıb ki, bu da ölkə üçün gündəlik antirekord hesab edilir. Yoluxmanın ümumi sayı 3 milyona yaxındır.
Ölənlərin sayı 39 nəfər təşkil edir. Pandemiya ərzində isə ümumi ölü sayı 21 min nəfəri keçib.