Baxçalı "Turkovac" peyvəndi vurdurub - FOTO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı "Turkovac" peyvəndini vurdurduğunu açıqlayıb.
"Sherg.az" xəbər verir ki, bu barədə partiya sədri “Twitter” hesabında paylaşım edib.
"Yerli və milli istehsalımız “Turkovac” peyvəndini vurdurdum. Səhiyyə Nazirliyimizin xəbərdarlıqlarını nəzərə alaraq epidemiyadan ən qısa zamanda xilas olacağımıza ümid edirəm və bütün xalqımızı “Turkovac” peyvəndi vurdurmağa dəvət edirəm".

D.Baxçalı peyvənd olunduğu anların fotolarını da paylaşıb.

Xanlar ƏLİBƏY