İngiltərədə “quş qripi” epidemiyası: bir nəfər yoluxub 

İngiltərədə başlayan quş qripi epidemiyası ilə bağlı qorxulu ehtimal özünü doğrultdu. Bu, İngiltərədə aşkarlanan ilk  insan yoluxması idi. Sözügedən şəxs karantinə alınıb.  Məsələ ilə bağlı ÜST-lə əlaqə saxlandığı açıqlanıb.
"Sherg.az" "CNNTÜRK"ə istinadən xəbər verir ki, İngiltərənin cənub-qərbində bir nəfərdə quş qripi aşkarlanıb. Xəstəliyə səbəb olan quşlar məhv edilib. Əlavə laboratoriya analizləri virusun quşlarda tapılan 'H5' tipli olduğunu göstərib. Sağlamlıq Təhlükəsizliyi Agentliyi (HSA) mövzu ilə bağlı şərh verib:

 "Yoluxmuş şəxs infeksiyanı uzun müddət evlərində və ətrafında saxladıqları çox sayda xəstə quşlarla yaxın və müntəzəm təmasda olduqdan sonra “qazanıb”.

STA sözügedən obyekti ziyarət edənlər də daxil olmaqla, bütün təmasların araşdırıldığını vurğulayıb:
 “İnfeksiyanın başqalarına keçdiyinə dair heç bir sübut yoxdur. Hazırda şəxsin vəziyyəti yaxşıdır və özünü təcrid edir".

Cəmilə ƏZİM