Avstriya kansleri koronavirusa yoluxub

Avstriya kansleri Karl Nehammer yeni növ koronavirusa yoluxub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya Federal Kanslerinin departamenti məlumat yayıb.
Nehammerin tətildən qayıtdıqdan sonra verdiyi testin cavabı müsbət çıxıb.
Hazırda o, ev şəraitində müalicə alır.