Türkiyə Super Liga klubunda koronavirusa kütləvi yoluxma

Türkiyə Super Liga klubu “Alanyaspor”da baş məşqçi Françesko Farioli ilə birlikdə ümumilikdə 13 nəfərin koronavirus testinin müsbət çıxıb.
Narıncı-yaşılların verdiyi açıqlamaya görə, koronavirus testi müsbət çıxanların karantin prosesi başlayıb.
“Futbolçularımız, texniki, inzibati və dəstək komandamızın COVID-19 PCR testlərindən sonra Texniki direktorumuz Françesko Farioli, texniki heyətdən 1 məşqçi, 7 futbolçu və 4 heyət üzvünün testi müsbət çıxıb. Müvafiq müalicə protokolu və karantin prosesi başlayıb”, - deyə futbol klubunun “Twitter” hesabında bildirilir.