Daha bir ölkədə “Omikron”dan ölüm qeydə alındı


Polşada koronavirusun “Omikron” ştammından ilk ölüm hadisəsi baş verib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Voyçex Andruseviç açıqlayıb.

O bildirib ki, “Omikron”dan ölən 92 və 85 yaşlı kişilər vaksin vurdurmayıblar.

Andruseviç həmçinin əlavə edib ki, Polşada ötən həftə ərzində sözügedən ştamma yoluxma 7-8 faiz artıb.

Mənbə: RT