ÜST-ün Avropa direktoru: “ "Omicron" sürətlə yayılır”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge son həftələrdə əldə edilən məlumatların koronavirusun "Omicron" variantının yoluxucu olduğunu sübut etdiyini açıqladı.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa direktoru Hans Kluge vəziyyəti izah edib:

“Omicron"un yayılması bir çox ölkədə sabitləşib və ya azalıb, lakin hələ də "Delta" variantından daha yüksək yayılma sürətinə malikdir".

2022-ci ilin ilk həftəsində Avropa regionunda 7 milyondan çox yeni koronavirus hadisəsi aşkar edilib. Bu, əvvəlki həftə açıqlanan məlumatlardan iki dəfə çoxdur.

Sağlamlığın Ölçüləri və Qiymətləndirilməsi İnstitutunun (IHME) proqnozlarına görə, yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarıdan çoxu "Omicron" variantına yoluxacaq.

Cəmilə ƏZİM