Azərbaycanda koronavirus testlərinin sayı 6 milyonu keçib

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a verilən məlumata görə, ölkədə son sutka ərzində 9 340, hazırkı dövrədək isə 6 006 500 test aparılıb.