Alman virusoloq: Tezliklə COVID-19 üzərində qələbə qazanılacaq

Almaniyanın paytaxtı Berlinin Charite Universiteti Xəstəxanasının Virusologiya şöbəsinin müdiri Kristian Drosten bildirib ki, COVID-19 2022-ci ildə Almaniyada endemik hala gələcək.

Sherg.az "24News.ge"-ə istinadən xəbər verir ki, bu barədə o, “Tagesspiegel am Sonntag”a açıqlamasında deyib.

O, belə bir nəticə əldə etmək şansının SARS-CoV-2-yə qarşı kütləvi peyvəndlə bağlı yarandığını qeyd edib və onu başa çatdırmağa çağırıb.

Kristian Drostenin sözlərinə görə, gec-tez hamı koronavirusa yoluxur. Bundan əvvəl mümkün qədər çox insan peyvənd edilməlidir.

Drosten əlavə edib ki, Almaniya hakimiyyəti pandemiyanın başa çatdığını elan etsə belə, məhdudiyyətlər gələn qışa qayıda bilər:

"Yəqin ki, yenidən qapalı yerlərdə maskalar taxmalı olacağıq, çünki toxunulmazlıq yenidən bir az azalacaq və həssas əhalini yenidən qorumaq lazımdır", - deyə K. Drosten bildirib.