İndiki dalğa son dalğa olacaq - “Pfizer”in baş direktoru

Pandemiyanın müddəti ilə bağlı “Pfizer”in baş direktoru Albert Bourla açıqlama verib.

Sherg.az Medicina.az-a istinadən  xəbər verir ki, koronavirus pandemiyasının gedişi ilə bağlı açıqlamada koronavirusun hələ uzun illər davam edəcəyi bildirilir.
“Amma hazırda indiki dalğa qadağalara səbəb olacaq son dalğa olacaq”, – deyə Albert Bourla qeyd edib.

Açıqlamada o, həmçinin hazırladıqları COVID-19 peyvəndinin uşaqlar üçün təhlükəsiz və təsirli olduğunu söyləyib.