Honq Konqda 2 min hamster məhv ediləcək: "Heyvanlarınızı öpməyin"

Honq-Konqdakı pet mağazasından alış-veriş edən bir çox insanda "COVID-19"un Delta variantı aşkar edildikdən sonra mağazada hamsterlər üzərində PCR testləri aparılıb. 11 hamsterdə koronavirus aşkarlanıb.

Bu barədə "Sherg.az" "Sputnik Türkiyə"yə istinadən xəbər verir.

Honq-Konq administrasiyası bölgədə təxminən 2000 hamsteri məhv etmək qərarına gəlib. Həmçinin vətəndaşlara ev heyvanları ilə təmasda olmamaları barədə xəbərdarlıq edilib.

Səhiyyə naziri Sofiya Çan mətbuat konfransında çıxış edərək bildirib ki, ev heyvanlarının xəstəliyi insanlara ötürə biləcəyinə dair heç bir elmi sübut tapılmayıb. Lakin yenə də gəmiricilərin məhv edilməsi və satışının qadağan edilməsi ilə bağlı tədbir görəcəklər. 

Xanlar ƏLİBƏY