İflic əlamətləri gülüşdə özünü necə büruzə verir? – Aydınlaşdı!

İflic əlamətləri gülüşdə özünü necə büruzə verir? Gəlin aydınlaşdıraq. 
"Sherg.az" xarici mediaya istinadən xəbər verir. İlk fotodakı kişi beynindəki şişə görə şüa terapiyası alıb. Lakin müalicədən sonra beynin sol hissəsində emosiyaların işləndiyi talamus adlanan mərkəz zədələnib. Xəstənin normal vəziyyətdə üzündə iflic əlamətləri yoxdur. Ondan şüurlu şəkildə gülümsəməsi istənildikdə bunu asanlıqla edir və üzündə iflic əlaməti olmur. Ancaq belə xəstəyə gülməli bir söz söylədikdə və o gülümsədikdə üzünün sağ tərəfində iflic əmələ gəlir.İkinci fotodakı qadında isə hərəkət mərkəzində beyin zədəsi meydana gəlib. Buna görə də gülümsəmək istədikdə üzünün sağ tərəfində zəiflik olduğu görünür.Ancaq xəstəyə gülməli bir şey deyildikdən sonra o güləndə iflic əlaməti yox olur. İnsanın gülmə hərəkəti emosional sistem (limbik sistem) tərəfindən idarə olunur. Beləliklə, könüllü gülüş və emosional gülüş (gülməli bir şeyə gülmək) müxtəlif sahələr tərəfindən idarə olunur.