SOS! - İnfarktdan ölüm halları artıb: Həkim səbəbləri sadaladı – NƏ ETMƏLİ? 

Ürək xəstəlikləri bütün dünyada əsas ölüm səbəblərindən biridir. Statistikaya görə, hər il 17 milyon insan infarktdan həyatını itiri. Son 25 ildə ürək xəstəliklərindən ölüm halları artmaqdadır. Hətta bir çox insan özü də bilmədən infarkt keçirir.
Tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı  infarktın  baş vermə səbəblərindən “Sherg.az”a danışıb. O bildirib ki, hazırda ölkəmizdə xəstəliklərin statistikasında  ürək-damar xəstəlikləri ön cərgədə yer alıb:
 “Bu xəstəliklərin kəskinləşməsinə səbəb olan əsas faktorlar siqaret, alkoqollu içkilər və stresdir. İnsanların ildə azı bir dəfə müayinədən keçməlidir. Lipid mübadiləsini  hər il yoxlayıb onda yaranan kiçik problemlərə qarşı tədbir görməsək, o zaman bu mübadilə pozular. Nəticədə sonradan ürək-damar tıxanıqlığının qarşısının almaq mümkün olmaz”. 

 Həkim əvvəlki  illərlə müqayisədə  indi ürək-damar sistemi xəstəliklərinin daha da cavanlaşdığını vurğulayıb:

 “Burda xüsusilə də qida faktorları çox böyük rol oynayır.  Qidalanmada yeməklərin bişirildiyi yağlar nəzərə alınmalıdır. Onların tərkiblərindəki  triqliseridlərin çox olması birbaşa damar tıxanıqlığı yaradır. Xüsusilə dondurmaların təkibində külli miqdarda triqliseridlər var . Buna önəm vermədən uşaq vaxtlarından çoxlu dondurma yeyən uşaqlar gənc yaşlarında ürək-damar problemi yaşayır”. 

Ş.Namazlı  ürək xəstəliklərinin əsas səbəblərindən biri kimi fiziki aktivliyin aşağı olmasını göstərib:

 “Günümüzdə hər kəs bacardıqca nəqliyyatdan istifadə edir. Günun müəyyən hissəsində piyada gəzənlər olduqca  azdır. Gün ərzində mütləq şəkildə yürüyüş etmək lazımdır ki,qəbul etdiyimiz enerji sərf olunsun. Daha az hərəkətli həyat tərzi keçirən həkim, müəllim,yazıçılar və s. də infarkt riski daha böyük olur. Bir gündə bizə təxminən  2500 kalori enerji  kifayət edir. Amma hesablasaq görərik ki, bu koloridən daha artığını qəbul edirik.Həmin koloriləri də sərf etmədiyimiz üçün onlar yavaş-yavaş qlikagen ehtiyatı şəkilində toplanır və damarlara çökməkdə davam edir. Bir vaxtdan sonra ayılıb görürük ki, ürəyin qidalanmasında zəiflik yaranıb. Piyada gəzəndə təngənəfəslik, ürəkdə sancılar var”.

Həkimin sözlərinə görə,  ürəkdə  narahatlıqlar bir günün içində yaranmır. İllərin  problemi  ürəyin tac damarlarında yığılıb qalır və son anda özünü büruzə verir:  

“Son tədqiqatlar görə çəkilən bir ədəd siqaretdən sonra insanın bədənində olan kapilyarlar, venalar,arteriyalar hər biri iyirmi dəqiqə spazma şəkilində qalır. Təssvür edin elə insan var ki, gündə bir qutu siqaret çəkir. Bir qutunun da içində haradasa iyirmi beş ədəd siqaret olur. Bəzi insanların  xüsusi ilə  xroniki xəstəliyi olan şəxslərin faciə elə burdan başlayır”. 

Ş.Nazamlının qənaətincə, ürək-damar xəstəliklərindən , infarktdan yan keçmək  istəyən şəxslər qidalanmaya, fiziki aktivliyə diqqət yetirməli eləcə də zərərli vərdişlərdən uzaq durmağa çalışmalıdır.