ÜST rəsmisi: “Bundan sonra da yeni ştammlar yarana bilər”


“COVID-19-un “Omikron” ştammı ilə bağlı yoluxma sayında yüksək artım görünür”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, bununla bağlı görüləcək tədbirlər eynidir:

“Peyvənd olunmayan şəxsləri vaksinasiya prosesinə cəlb olunmağa dəvət edirəm. Yoluxma sayında artım var, bu rəqəmlər çox yüksəkdir, amma xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım müşahidə edilmir. Bundan sonra da yeni ştammlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər”.

O qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır:

“Qapanmaların lazım olduqda lokal olaraq həyata keçirilməsini tövsiyə edirik”.