Deputat koronavirusa yoluxub: "Yaxşı vəziyyətdə deyiləm"

Milli Məclisin deputatı Razi Nurullayev COVİD-19-a yoluxub. 
Azpost.info bildirir ki, bu barədə deputat məlumat verib.

Onun sözlərinə görə, bir həftədir müalicə alır: “Keçən həftədən kovidə yoluxmuşam. Xeyli zənglər gəlir və telefonu da söndürmək istəmirəm. Çünki, müalicə ilə bağlı zənglər də olur, təxirəsalınmaz köməyə ehtiyacı olanlarla da danışmalı oluram. Amma, çox çətindir belə. Hərçənd ki, özüm yaxşı vəziyyətdə deyiləm”.
Deputat deyib ki, gələn həftədən iş rejimimi bərpa edə biləcəyinə ümid edir.