Honduras prezidenti koronavirusa yoluxub

Honduras Prezidenti Siomara Kastro bazar günü koronavirus testinin cavabının müsbət çıxdığını açıqlayıb. O, xəstəliyi yüngül keçirdiyini bildirib.

“Dünən PCR testinin nəticəsi mənfi idi, bu gün müsbətdir. Müayinə kiçik simptomlar göstərdi”, - deyə dövlət başçısı “Twitter” səhifəsində yazıb. O, dövlət işlərini özünütəcrid vəziyyətində idarə etdiyini bildirib.

Qeyd edək ki, əhalisi 10 milyon olan respublikada pandemiyanın başlanğıcından indiyədək 392 mindən çox yoluxma halı aşkarlanıb, 10 500 nəfər bu infeksiyadan dünyasını dəyişib.