Agentlik sədri: “Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində də sıx əməkdaşlıq var”


Qazilərimizə psixoloji yardımın gücləndirilməsi ilə bağlı Türkiyə xəstəxanaları ilə əməkdaşlıq istiqamətində işlər davam edir.

Oxu.Az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda keçirilən tədbirdə İTSDA sədri Zaur Əliyev deyib.

Z.Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlıq mövcuddur:

“Pandemiya dövründə Azərbaycan ilə Türkiyə arasında çox səmərəli əməkdaşlıq oldu. Bununla yanaşı bizim xəstəxanalarla Türkiyə xəstəxanaları arasında münasibətlərin daha da yaxşılaşması istiqamətində işlər gedir”.