Yaz fəslində koronavirusa yoluxmalar arta bilər? - AÇIQLAMA


“Yaz fəslində bu kimi xəstəliklər mövsümi olaraq artır. Bu səbəbdən də yuxarı tənəffüs yolu xəstəliklərində, hava-damcı yolu ilə yayılan xəstəliklərdə artım müşahidə edilir. Koronavirus xəstəliyində də bu müşahidə edilə bilər”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin İnfeksion Xəstəliklər Kafedrasının dosenti Natiqə Xudaverdiyeva AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.

Onun sözlərinə görə, bu səbəbdən də insanlar vaksinasiyaya xüsusi fikir verməlidirlər:

“Ənənəvi olaraq bu mövsümdə evə çatan zaman yuxarı tənəffüs yollarını təmizləməlidir. Evdəki insanlarla birbaşa təmas qumasa, təmizliyinə riayət etdikdən sonra ünsiyyət saxlasa, yaxşıdır. Pandemiya dövründəyik. Koronavirusun yayıldığı bir dövrdə yuxarı tənəffüs yollarının qarqarasına, profilaktik vitamin kurslarına önəm vermək lazımdır. Qidalanmaya düzgün fikir verilməlidir”.

“Evlərin havası tez-tez dəyişdirilməlidir. Yatmazdan əvvəl otağı havalandırmaq faydalıdır. Hətta səhər və ya axşam təmiz havada gəzmək gün boyu maskada oturmaqdan daha faydalı ola bilər”, - deyə dosent qeyd edib.