Nigar Şabanova xəstəxanaya yerləşdirildi

Əməkdar artist Nigar Şabanova bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Səhhətində problem olan müğənni “Instagram” hesabını da bağlayıb.
Hazırda xəstəxanada olan və müalicəsi davam edən Nigar Axşam.az-a açıqlama verib. O bildirib ki, həkim stressdən uzaq olmağı tapşırıb:
“Həkim stressdən, telefondan, çəkilişlərdən bir müddət uzaq olmağı tapşırıb. Görüm bacara biləcəyəm?! İndi özümü yaxşı hiss edirəm”.
Nigar əlavə edib ki, iki gündən sonra evə buraxılacaq.