ABŞ alimləri araşdırıb


Həftədə 1 avakado infarkt riskini azaldır 

   Amerikada aparılmış tədqiqat həftədə 1 avakado yeyilərsə, infarkt təhlükəsinin xeyli azaldığını təsdiq edib. Tədqiqat zamanı 110 nəfər üzərində müşahidə aparılıb. Məlum olub  ki, həftədə bir avakado yeyən insanlarda ürək-damar xəstəlikləri təhlükəsi yeməyənlərə nisbətdə 21 dəfə azdır. Bundan əlavə, digər bir araşdırma isə həftədə 2 pors yağlı meyvə yeyənlər arasında da infarkt riskinin aşağı olduğu müəyyənləşib.  NTV.com.tr xəbər verir ki, “Journal of the American Heart Association”da yer alan məlumatda meyvələrdən xüsusilə avakadonun xeyirli cəhətlərinə diqqət çəkilir. 

Qeyd edilir ki, avakado kərə yağı, pendir və ya ət əvəzində yeyildikdə ürək-damar xəstəliklərinə tutulma təhlükəsi azalır. 68 mindən çox qadın, 41 mindən artıq kişi üzərində aparılmış araşdırma nəticəsində gəlinən qənaət bundan ibarətdir ki, həftədə ən azı 2 pors avakado yemək məsləhətdir. Bir  porsiyanın miqdarı isə 80 qram ağırlığında yarım avakadodur. ABŞ Ürək Xəstəlikləri Dərnəyinin Epidemiologiya və Önləmə Konseyinin başqanı Cherly Anderson bildirib ki, insan orqanizmi fərdi xarakter daşıdığından sağlam qidalanmada hər hansı qida, ərzaq birmənalı müsbət sayıla bilməz: “Bütün qidaların müsbət cəhətləri olduğu kimi, mənfi cəhətləri də vardır. Vacib olan nədən nə qədər yeyilməli olduğunu bilməkdir. Avakado da bir sıra üstünlüklərə malikdir. Pasiyentlərə biz daha çox Aralıq dənizi diyetasını məsləhət görürük”. 

ÜST-nin məlumatına görə, hər il dünyada 18 milyon insan kardioloji xəstəliklərdən dünyasını dəyişir. Təkcə ABŞ-da ürək-damar xəstəliklərindən hər 36 saniyədə bir nəfər vəfat edir.