İLK! - Oruc tutmağın sağlamlığa təsiri elmi cəhətdən sübut edildi



Nobel mükafatçısı olan  yapon alimi Yoshinori Ohsumi oruc tutmağın insan sağlamlığına təsirini elmi cəhətdən sübut edib.
"Sherg.az"  "posta.com.tr"ə istinadən xəbər verir ki,Y.Ohsuminin tədqiqatlarına əsasən 3 günlük orucdan sonra orqanizmin immun mexanizmi yeni ağ qan hüceyrələrinin əmələ gəlməsini təmin edir.  Bununla da immun sistemi tamamilə yenilənir. Bu baxımdan müsəlmanların orucu bir növ vücudun yenilənmə proqramıdır. Hüceyrələr bəzi hallarda insanlar kimi davranırlar. Zibillərini xüsusi torbalara (autofaqosomlara) doldurur və qablarda (lizosomlarda) saxlayırlar. Onlardan ən çirkliləri məhv edilir və həzm olunur, bəziləri isə təkrar emal olunub enerji istehsalı üçün istifadə olunur. Beləliklə, erkən qocalmanın qarşısı alınır. Oruc halında orqanizm daha çox işləyir. Hüceyrə öz daxili imkanlarından istifadə edərək enerji istehsal etməyə çalışır və təbii ki, ilk növbədə zibilini və patogen bakteriyalarını həzm edərək təmizliyə başlayır.Bütün bu səbəblərdən Y.Ohsumi düşünür ki,oruc xəstəliklərin şiddətini avtomatik aradan qaldıran bir sağlamlıq proqramıdır.