14 yoluxma faktı qeydə alınıb, ölən yoxdur


Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 91 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 78 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1941, bu günə qədər isə ümumilikdə 6 milyon 923 min 348 test icra olunub.