SN: Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb

Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən xəbər verilib. Bildirilib kii, yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.