Mədəsi “emalatxana” imiş


83 ədəd dəmir pul, şüşə parçaları, daş, batareya, bolt…

 Mədə ağrısından şikayət edən adamı əməliyat edən həkimlər şoka düşüb. Adamın mədəsindən çıxarılan metal, daş, şüşə parçalarını həkimlər sayıb qurtara bilməyib. “Şərq” “A Haber.com”a istinadən xəbər verir ki, mədəsi tam bir emalatxanaya bənzəyən 35 yaşlı gənc Van bölgəsində yaşayır. Psixoloji problemləri var. 

 Lakin doğmaları tərəfindən həkimə psixoloji problemlərinin müalicəsi məqsədilə deyil,  qarın ağrısı şikayətiylə aparılıb. Van Yüzüncü İl Universiteti Dursun Odabaş Tibb Mərkəzinə aparılan şəxs ultrasəs müayinəsinə göndərilib. Müayinənin nəticəsinə baxan həkim şoka düşüb. Şəxsin mədəsində xeyli sayda yad cisim olduğu müəyyənləşib. 35 yaşlşı şəxs təcili əməliyyata alınıb. Əməliyyat 2 saat davam edib. Adamın mədəsindən 83 ədəd 1 lirəlik qəpiklər,  bataruya, mıx, bolt, şüşə, maqnit, daş – ümumilikdə 233 ədəd əşya çıxarılılb. Əməliyyatla mədəsi təmizlənən şəxsə bir qədər sonra yemək verilib. Cərrah Sərhat Binici deyib ki, xəstənin mədəsində yad cisimlərin olduğu müəyyənləşəndən sonar endoskopiya edilib. Açıq əməliyyat keçirilıməsinə qərar verilib. Əməliyyat zamanı məlum olub ki, bəzi mıxlar mədə divarını dəlib. Yoğun bağırsaqda da 1-2 metal parça, daş görünüb. Bu cür hadisələr adətən uşaq yaşlarda baş verir. Uşaqlar fərqinə varmadan yad cisimlər uda bilir.  Yetkinlik yaşda bu cür hallar adətən psixoloji problemləri olan, yaxud məhkumlar tərəfindən udulur  və ya işgəncəyə məruz qalan şəxslər tərəfidən zorla uddurulur. Bundan əvvəl də bir nəfərin mədəsindən 77 mıx çıxarmışdıq.