Latviyanın sabiq Prezidenti ÜST-ə üzvlük haqqının artırılmasına çağırıb

“ÜST çox vacib təşkilatdır. Biz bunu pandemiya zamanında gördük. Hər bir region, ölkə ÜST-ə ehtiyac duyur”.
“Report”un xəbərinə görə, bunu Latviyanın sabiq Prezidenti Valdis Zatlers IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.
Onun sözlərinə görə, vaksinasiya ictimai məsələdir:
“Bununla bağlı siyasətçilər bir araya gələrək vahid qərar qəbul etməlidirlər. Biz anti-vaksin təbliğatını unutmalı deyilik. Deyirdilər ki, vaksinlər sınaqdan keçirilməyib. Biz davamlı olaraq əhali ilə danışmalıyıq. Əks halda növbəti pandemiyaya hazır olmayacağıq və nəticədə məğlub olacağıq. Hər bir ölkənin ÜDM-nə görə ÜST-ə üzvlük haqqını artmaq lazımdır. Bununla da kasıb ölkələr yaddan çıxmaz”.