Tağı Əhmədovun vəziyyəti pisləşdi

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti pisləşib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tağı Əhmədovun ayaqları tutulub, yeriyə bilmir.
Hazırda o, əlil arabasında gəzir. 
Xatırladaq ki, Tağı Əhmədov 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.