D vitamini sümüklərdə kalsiumun artmasına səbəb olur

D vitamini yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edir. Vitamin D insan orqanizminə günəş şüaları və yaxud günəşdən meydana gələn qida məhsullarının köməyi ilə daxil olur.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, uzun müddət günəş altında gəzməyən insanlarda D vitamininin çatışmazlığı çox vaxt hiss olunur və bununla bağlı D vitamini ilə zəngin məhsulların qəbul edilməsi məqsədəuyğundur. Gündəlik D vitamini ehtiyacını ödəmək üçün həftədə ən az iki dəfə, əsasən səhər saatlarında saat 11:00-dək, axşam saatlarında isə 17:00-dən sonra 20-30 dəqiqə günəş şüası qəbul etmək məsləhət görülür.