Fransa yenə "maskalanır" - Son iki həftədə yoluxanların sayı  1000-i keçib

Fransa maskaya geri qayıdır.
“Sherg.az” Sabah-a istinadən xəbər verir ki, ölkənin səhiyyə orqanları  son iki həftədə koronavirus səbəbiylə xəstəxanaya yerləşdirilənlərin orta gündəlik nisbəti 1000-i keçdiyi üçün ictimaiyyətə ictimai yerlərdə maska taxmağı tövsiyə edib.  Turizm mövsümü olduğu üçün ölkədəki qadağalara qayıtmaq bu mərhələdə nəzərdə tutulmur.

ABŞ və digər Avropa ölkələrində də koronavirusa yoluxma hallarında artım var. Çində yoluxmaların artması qadağaları yenidən aktual edib. Xəbərdarlıqdan sonra Fransanın paytaxtı Parisdə maska taxanların sayının artdığı da müşahidə olunub.