Bu metodla 2 dəqiqəyə yuxuya getmək mümkündür – Amerikalı əsgərlər də belə ediblər

Əsgərlərin istifadə etdiyi bu metodla 2 dəqiqəyə yuxuya getmək mümkündür.  
"Sherg.az" "xarici media"ya istinadən xəbər verir ki, bu üsul ABŞ ordusu tərəfindən əsgərlərin döyüş meydanlarında asanlıqla yuxuya getməsi üçün istifadə edilib. Əsas məqsəd əsgərlərin gün ərzində oyaq qalması və yorğunluq səbəbindən səhv etmələrinin qarşısını almaq olub. Beləliklə, iki dəqiqə ərzində yuxuya getmək üçün bunları etməlisiniz: 

1. Dil, çənə və göz ətrafındakı əzələlər daxil olmaqla üzünüzdəki əzələləri rahatlaşdırın.  
2. Çiyinlərinizi bacardığınız qədər aşağı salın, sonra üst və alt qollarınızı növbə ilə aşağı salın.
3.Nəfəs alıb -verin, sinənizi rahatlaşdırın
4. Aşağıdakı iki səhnədən birini təsəvvür etməzdən əvvəl fikrinizi təmizləmək üçün 10 saniyə ayırın : Düşünün ki, qaranlıq otaqda qara,məxmər hamakda( hamak-iki ağac arasına quraşdırılan  yelləncək yataq) uzanmısınız.Təxminən 10 saniyə ərzində özünüzə davamlı olaraq “düşünmə, düşünmə, düşünmə” təklifini veririn. 

Qeyd edək ki,bu metod onu 6 həftə ərzində tətbiq edən insanların 96 faizində işə yarayıb. Onlar asanlıqla yuxuya gediblər.