Yastıq üzlərini bir həftə dəyişməsəniz üzünüzdə nə baş verər? - "DANIŞAN" FOTOLAR 



 Yastıq üzlərini bir həftə dəyişməsəniz üzünüzdə nə baş verər? .
"Twitter" istifadəçilərindən biri bu suala cavab olaraq video hazırlayıb. 

Videoda bizə pambıq yastıq  örtüklərinin sızanaq əmələ gətirdiyini göstərən istifadəçi  bir parça pambıq və ipək çarşafdan nümunələr götürüb. Alınan nümunələri bir həftə araşdırdıqdan sonra təəccüblü nəticə ortaya çıxıb. Təcrübənin ikinci günü pambıq çarşaf əvvəlki kimi görünüb.  3-cü gündə onun üzərində kiçik ləkələr görünməyə başlayıb. 4-cü gündə daha yaxşı görünən ləkələr 5-ci gündə aydın  görünüb. Bir həftənin sonunda isə görüntülər dəhşətli olub. Ləkələr olduqca çoxalıb.

 "Twitter" istifadəçisi sonda nəticə olaraq ipək və ya atlaz üzlü yastıqlardan istifadənin faydalarını vurğulayıb: Belə yastıqların yumşaq səthi üzdə qırışların yaranmasının qarşısını alır. Dərinin nəm balansını qoruyur. Sızanaq əmələ gətirmir. Pambıq yastıq üzlükləri gecə kremlərini özünə çəkir, ipək yastıq üzlükləri isə nəmləndiricini üzünüzdə saxlayır.Saçları qurutmur ,nəmini qəbul etmir və anti-allergikdir.