Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI 

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Qeyd edək ki, ötən gün Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınmışdı.