Ürək ritmi orta hesabla 60-100 arası olmalıdır

Hər yüksək ürək döyüntüsü aritmiya deyil - Kardioloqdan səbəblər

Ürək döyüntüləri kədər və sevinc kimi əhval-ruhiyyə ilə, çox çay və qəhvə istehlakı kimi vərdişlərlə bağlı ola bilər. Lakin xüsusilə 65 yaşdan sonra ürək döyüntüsü olan insanların müntəzəm elektrokardioqramma etdirmələri lazımdır.

Sherg.az  medicina.az-a istinadən bildirir ki, bunu ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib.

Normal ürək ritmi orta hesabla 60-100 arası olmalıdır. Döyüntü bundan yüksək olduqda bu, müəyyən xəstəliklərə işarədir.

Cabir Gülmalıyev ürəyin tez-tez döyünməsinin digər səbəblərini qeyd edib:

- Qanazlığı;
- Yüksək hərarət;
- Bəzi infeksiyalar;
- Ağciyər problemi;


- Mitral qapaq çatışmazlığı;
- Tireotoksikoz (zəhərli zob);
- Ürək əzələsi ilə əlaqədar problemlər;
- Ürək damarlarında tıxanma, daralma;

- Ürəyin fəaliyyətində yaranan problemlər.