İranda koronavirusun yeddinci dalğası başlayıb

İranda koronavirusun yeddinci dalğası başlayıb.
Bunu İranın səhiyyə naziri Bəhram Aynullahi açıqlayıb.
Onun sözlərinə görə, COVID uzun illər qalacaq virusdur.
İranlı nazir vurğulayıb ki, virus mutasiyaya uğrayır və bütün ölkələrə təsir edir.
Qeyd edək ki, İranda yeddi milyondan çox insan koronavirusa yoluxub.
Mənbə: Tasnim