Azərbaycanda son sutka: 155 yoluxan, 1 ölən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 794 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 874 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 650 nəfərdir.
Ölkədə son sutka ərzində 2 410, hazırkı dövrədək isə 6 996 835 test aparılıb.