Kiprin prezidenti koronavirusa yoluxdu

Kipr Respublikasının Prezidenti Nikos Anastasiadesin koronavirus testi müsbət çıxıb.
Bu barədə hökumət sözçüsü Marios Pelekanos bildirib.
Protokola uyğun olaraq, dövlət başçısı bir neçə gün öz vəzifəsini icra etməyəcək.
Onun simptomları yüngüldür və səhhəti çox yaxşıdır.
Mənbə: RT