İnfeksionist:“Omikron” ştammının növləri gündəmdədir”

“2022-ci ilin əvvəlində “Omikron” ştammına yoluxan şəxs yenidən virusun mutasiyaya uğrayan növlərinə yoluxa bilər”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. 
Onun sözlərinə görə, bu ştammın yeni variantlar meydana çıxır:
“Bu ştammların yeni versiyalarının yayılması insanlarda tədricən yaranan immuniteti məhv edir. Bu gün əsas “Omikron” ştammının növləri gündəmdədir”.