Sərt karantin tədbirləri geri qayıdır? - AÇIQLAMA

“Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. 
Onun sözlərinə görə, Azərbaycanda koronovirusla bağlı vəziyyət qənaətbəxşdir:
“Fikrimcə, yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyət olmayacaq”.
O qeyd edib ki, maska taxması tövsiyə xarakterlidir:
“Alimlər tərəfindən də sübut olunub ki, maskalarda qoruyuculuq var. Əgər bir insan maska taxırsa, bu xəstəliyə yoluxma riskini azaldır”.