Yeni ölümcül virus xəbərdarlığı

Müalicəyə tabe olmur! 

  Alimlər müalicəyə tabe olmayan, dərmanları “tanımayan”, yoluxduğu insanlar arasında 70 faiz ölüm halına səbəb ola bilən super-göbələk xəstəliyinə qarşı həyəcan siqnalı çalır. “Candida auris” adlanan göbələk xəstəliyinə yoluxma halları ABŞ başda olmaqla, bir çox ölkədə təsbit edilib. Xəstəliyin müəyyən edilməsi və müalicəsi çətin olduğundan alimlər göbələk xəstəliyinin pandemiya şəkli ala biləcəyindən ehtiyatlanır. “Şərq” “NTV.com.tr”yə istinadən “candida auris” virusunun xüsusiyyətləri barədə məlumat verir. “Candida auris” nədir, əlamətləri hansılardır və hansı fəsadlar törədir?  Dərman preparatlarına qarşı dirənişli olan “candida auris” göbələk virusunu ABŞ-nin Missisippi ştatının alimləri kəşf edib. Missisippi Universiteti Tibb Mərkəzinin rəsmiləri bildirib ki, bazar ertəsindən etibarən 7 nəfər xəstə “candida auris” virusuna qarşı müalicəyə almağa başlayıb. ABŞ Xəstəliklərə Nəzarət və Mühafizə Mərkəzi virusu “ciddi qlobal təhlükə yaradan, yayılmaqda olan göbələk” olduğuna dair xəbərdarlıq edib. Virus həddindən artıq yoluxuculuq qabiliyyətinə malikdir, göbələk əleyhinə mövcud preparatlara qarşı dirənişlidir. Virus xroniki xəstəlikləri olanlarda ciddi fəsadlara səbəb ola bilər. Universitetdən doktor Bhagyashri Navalkele qeyd edib ki, göbələk virusu eyni şəhər və ya ştatlardakı tibbi mərkəzlər daxilində yayılaraq yoluxmaların artmasna səbəb olub. Məsələn, Missisippidəki göbələk infeksiyası xidmət sektorunda aşkarlanıb. B.Navalkele deyib ki, virus əvvəlcə səssiz bir daşıyıcı olaraq ortaya çıxır, sonra isə aktivləşir. Yoluxma aşkarlandığı andan etibarən daşıyıcılar izolyasiya edilməli və uyğun müalicəyə başlanmalıdır. Məlumatlara görə, ABŞ-də 2016-cı ildə sadəcə 63 yoluxma faktı qeydə alınmışdısa, 2022-ci ildə 1440 belə fakt müəyyənləşib. “Candida auris” təhlükəli göbələk infeksiyasıdır. Qana keçdiyi zaman həyat üçün ciddi təhlükə yaradır. Onu orqanizmdən çıxarmaq çox çətindir. Bəzi xəstəxanalarda bu göbələk virusundan xilas olmaq üçün hətta döşəmələri də söküblər. Bu virus ilk dəfə 2009-cu ildə Yaponiyada təsbit edilib. Sonrakı illərdə dünyanın bir çox ölkəsində aşkarlanıb.