Pediatrdan TƏCİLİ ÇAĞIRIŞ: “Öskürəyə qarşı siroplar təhlükəlidir” -Ölüm halları var!

“Öskürəyə qarşı apteklərdə satılan siroplar təhlükəlidir. Uşaqlar arasında ölüm halları var”.  "Sherg.az" xəbər verir ki, bu xəbərdarlıqla pediatr Vaqif Qarayev çıxış edib. Valideynlərə müraciətində həkim hazırda uşaqlı-böyüklü - əksəriyyətin əziyyət çəkdiyi qrip xəstəliyinin ən ağır fəsadı hesab edilən öskürəyə qarşı apteklərdə satışda olan siropları alarkən ehtiyatlı olmağı tövsiyə edib: 

“İndi yayılan xəstəliklərdə uşaqlı-böyüklü hamı öskürəkdən şikayət edir. Ümumdünya Səhiyyə Təşkilatı öskürək siropları ilə bağlı həyəcan təbili çalır. Hindistan və İndoneziya istehsalı olan siroplardan istifadə zamanı uşaqlar arasında ölüm halları var. Ona görə həkim təyinatı olmadan öskürək siropları vermək düzgün deyil! Öskürəyin səbəbini və dərmana ehtiyacın olub olmadığını ancaq həkim təyin edəcək! 

Bəzi hallarda dərmana heç ehtiyac da olmur.” Odur ki, uşaq öskürürsə, həmən aptekə qaçıb satışdakı siroplardan almağa tələsməyin. Ən azından sahə həkimi ilə  məsləhətləşin. Təbii üsullara üstünlük verin. Zəruri ehtiyac yarandıqda dərman preparatlarından istifadə edin. Dərmanları, öskürək əleyhinə sirop almaq istəyirsinizsə, hansı ölkə istehsalı olduğuna diqqət yetirin.