Afaq Gəncəli Səhhəti ilə bağlı problem yaşayır? – “Dua edən hər kəsə...”

Səhhəti ilə bağlı problem yaşayan aparıcı Afaq Gəncəli açıqlama yayıb. 
“Sherg.az” xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib. Afaq bildirib ki, artıq yaxşıdır:

“Son 1 ayda səhhətimlə bağlı narahat olan, yazan, dua edən hər kəsə dərin təşəkkürümü bildirmək istiyirəm. Əfsuslar olsun ki, yalan söz-söhbətlər də əskik olmadı. Ən doğrusunu dilimdən eşitsəniz, daha məqsədə uyğun olar”. 
Qeyd edək ki, Afaq yaşadığı problemlərə görə, aparıcısı olduğu “Səhər mərkəzi” verilişindən ayrılmışdı.