Xalq artistinin səhhəti ağırlaşıb? – Qızından açıqlama! 

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağırdır. 
Bu barədə “Sherg.az”a sənətçinin qızı Həcər İsrafilova məlumat verib. O bildirib ki, atasının səhhəti ilə bağlı heç bir jurnalistə açıqlama vermək istəmir:
“Vəziyyəti ağır və stabildir”.

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.
O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.