Aftandil İsrafilovun qardaşı da “yatağa düşüb”?  - Fədayədən şok açıqlama

Rusiyada yaşayan azərbaycanlı müğənni Fədayə Laçın səhhətində problem yaranan Xalq artisti Aftandil İsrafilovla bağlı paylaşım edib. 
“Sherg.az” xəbər verir ki, instaqramda qarmon ifaçısının videosunu paylaşan Fədayə onun qardaşının da səhhətinin yaxşı olmadığını deyib:
“Böyük sənətkarımız, lap gənc yaşlarımdan mənə həmişə dəstək olan gözəl insan Aftandil İsrafilov, Allah Sizə şəfa versin. Bir möcüzə olsun. 
Siz də, qardaşınız Ənuş İsrafilov da tezliklə sağalın, evinizə, ailənizə dönün inşallah. Sizi sevirik, sənətkar. Dualarımızdasınız”.